UEFA Çempionlar Liqasında keçiriləcək qarşılaşma "Qarabağ" üçün xüsusi əhəmiyyət daşıyır.
Milli.Az-ın məlumatına görə, bu fikirləri komandanın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı zamanı səsləndirib.
Təcrübəli çalışdırıcı Bakıda Almaniyanın "Ayntraxt" klubu ilə baş tutacaq UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII tur oyununa dair düşüncələrini bölüşüb. O bildirib ki, qarşıdakı matç olduqca önəmlidir və hazırlıq üçün vaxt məhdud olub:
"Bu, bizim üçün çox önəmli oyundur. Qarşılaşmaya hazırlaşmaq üçün geniş zamanımız olmadı. Buna baxmayaraq, sakit və planlı şəkildə hazırlaşdıq. Mövcud vaxtdan maksimum yararlanmağa çalışdıq. Futbolçuların fiziki durumuna xüsusi diqqət yetirdik. Meydanda intizamlı və mübariz iki komanda görəcəyik".
Qeyd edək ki, "Qarabağ" - "Ayntraxt" oyunu yanvarın 21-də saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Milli.Az