Türkiyəli futbolçu Portuqaliya klubuna keçir

20 Yanvar 2026 13:37

Türkiyənin "Beşiktaş" klubunun yetirməsi, 21 yaşlı yarımmüdafiəçi Demir Ege Tıknaz Portuqaliyanın "Braqa" klubuna transfer olunacaq.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məlumata görə, tərəflər futbolçunun keçidi ilə bağlı razılığa gəliblər.

Portuqaliya klubu gənc yarımmüdafiəçi ilə 5,5 illik müqavilə imzalamağı planlaşdırır. Qeyd edək ki, Demir Ege Tıknaz "Beşiktaş"ın əsas komandasında 46 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Beləliklə, gənc futbolçu karyerasında Avropa səhnəsində yeni mərhələyə qədəm qoyacaq.

Hüseyn
Milli.Az