"Mən İlhamə xanımı təriflədikcə, o, məni PİSLƏYİRDİ"

20 Yanvar 2026 12:36

Xalq artisti Brilliant Dadaşova mərhum Xalq artisti İlhamə Quliyeva ilə bağlı səmimi açıqlamalar verib.

Milli.Az-ın məlumatına görə, müğənni bildirib ki, İlhamə Quliyevanı həm insan, həm də sənətkar kimi çox sevib:

"Onun sənətini, ifalarını, səs tembrini həmişə bəyənmişəm. Sənətinə söz demək olmazdı. Harada olurdumsa, istər efirdə, istərsə də verilişlərdə daim onu tərifləyirdim, sevgimi açıq şəkildə bildirirdim".

Brilliant Dadaşova qeyd edib ki, mərhum sənətkarın xarakteri bəzən ziddiyyətli olub:

"Öz verilişimdə onu tərifləyirdim. Efir bitən kimi Etibar Babayevin (Space Tv-nin keçmiş rəhbəri) yanına qalxırdı, deyir ki, onun proqramını bağla. Xasiyyəti belə idi. Nə etmək olar...".

Xalq artistinin bu fikirləri sosial şəbəkələrdə maraqla qarşılanıb və İlhamə Quliyevanın özünəməxsus xarakteri yenidən müzakirə mövzusuna çevrilib.

Musa
Milli.Az