Litva Prezidenti 20 Yanvar faciəsi qurbanlarını yad edib - FOTO

20 Yanvar 2026 11:24

Litva Prezidenti Gitanas Nauseda 20 Yanvar faciəsinin qurbanlarını yad edib.

Milli.Az xəbər verir ki, o, bu barədə "X" hesabında qeyd edib.

"Litva 1990-cı ilin yanvarında Sovet ordusunun təcavüzü nəticəsində şəhid olan günahsız insanların müqəddəs xatirəsi yad edilərkən Azərbaycanın yanında olduğunu bildirir. Sovet ordusunun təcavüzü Azərbaycan xalqının iradəsini sındıra bilmədi. Şəhidlərin ruhları şad olsun", - G.Nauseda vurğulayıb.

Milli.Az