Tramp Makronu hədələdi

20 Yanvar 2026 13:16

Tramp Makronu Sülh Şurasına qatmaq üçün fransız şərablarına tariflər tətbiq etməklə hədələyir

Milli.Az xəbər verir ki,  ABŞ Prezidenti Donald Tramp Fransa şərablarına və şampanlarına 200% tarif tətbiq edəcəyini bildirib.

Onun iddiasına görə, bu addım Fransa Prezidenti Emmanuel Makronu qlobal münaqişələrin həllinə yönəlmiş Trampın Sülh Şurası təşəbbüsünə qoşulmağa sövq edəcək.

"Onsuz da o, heç kimə lazım deyil, çünki tezliklə vəzifəsini tərk edəcək. Mən onun şərab və şampanlarına 200 %-lik rüsum tətbiq edəcəyəm və o qoşulacaq", - Tramp bildirib.

Milli.Az