Dövlət və hökumət rəsmiləri Şəhidlər xiyabanını ziyarət ediblər - FOTO

20 Yanvar 2026 10:55

Yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri Şəhidlər xiyabanını ziyarət ediblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlət və hökumət rəsmiləri Azərbaycanın azadlığı uğrunda həlak olan qəhrəman Vətən övladlarının məzarları üzərinə tər güllər düzüb, əziz xatirələrini ehtiramla anıblar.

Milli.Az