Qızıl bahalaşmaqda davam edir

20 Yanvar 2026 14:46

"Comex" birjasında qızılın qiyməti tarixi maksimumu yeniləyib. 2026-cı ilin fevral ayı üçün nəzərdə tutulan qızıl füçersləri bir trua unsiyası üzrə 4 700 dollar həddini keçib.

Milli.Az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 08:49-da qızıl 2,29% bahalaşaraq 4 700,6 dollar olub.

Bir neçə dəqiqə sonra isə qiymət cüzi enərək 4 699,8 dollara düşüb. 

Asya
Milli.Az