ABŞ səfirliyi 20 Yanvar faciəsinin qurbanlarını yad edib - FOTO

20 Yanvar 2026 10:29

ABŞ səfirliyi 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı başsağlığı verib.

Milli.Az xəbər verir ki, səfirliyin sosial media hesabındakı paylaşımda deyilir:

"Bu gün biz Azərbaycan xalqı ilə birlikdə 1990-cı il yanvarın 20-də Sovet repressiyası zamanı həyatını itirmiş qəhrəman azərbaycanlıların xatirəsini ehtiramla yad edir, bu hüznlü gündə doğmalarını anan ailələrə dərin hüznlə başsağlığı veririk".

Milli.Az