İranda ölənlər və saxlanılanların sayı açıqlandı

20 Yanvar 2026 15:00

İran İnsan Hüquqları Fəalları Xəbər Agentliyi (HRANA) İranda iqtisadi problemlər fonunda başlayan etirazlar zamanı ölənlərin sayının 4 029-a çatdığını açıqlayıb.

Milli.Az xəbər verir ki, ölkənin müxtəlif bölgələrində baş verən hadisələr nəticəsində 26 015 nəfər saxlanılıb.

Nümayişlər zamanı baş verən toqquşmalarda 180 təhlükəsizlik əməkdaşı olmaqla, ümumilikdə 4029 nəfər həyatını itirib.

Qeyd edək ki, agentlik bir gün əvvəl ölənlərin sayının 3919 olduğunu bildirmişdi.

Xatırladaq ki, İranda yerli valyutanın xarici valyutalara qarşı kəskin dəyər itirməsi və dərinləşən iqtisadi problemlər səbəbindən 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında başlayan etirazlar qısa müddətdə bir çox şəhərə yayılıb.

Milli.Az