İranda qalan Azərbaycan vətəndaşları ilə bağlı Tehrandakı səfirlik və Təbrizdəki Baş konsulluq mütəmadi olaraq fəaliyyətdədir.
Milli.Az xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Ceyhun Bayramovun sözlərinə görə, İranda olan Azərbaycan vətəndaşları ilə bağlı fəaliyyət bir saat belə dayanmayıb. Azərbaycan vətəndaşları orada hər hansı çətinliklə üzləşdikdə əlaqə saxlamaları üçün müvafiq telefon nömrələri onlara təqdim olunub.
Nazir qeyd edib ki, hazırda İranda olan Azərbaycan vətəndaşları ilə bağlı hər hansı ciddi problem müşahidə edilmir. Bu səbəbdən də məsələyə dair Azərbaycanın Tehrandakı səfirliyi və Təbrizdəki Baş konsulluğu tam fəaliyyət rejimində çalışır.
Milli.Az