UEFA Çempionlar Liqası: gecənin MATÇLARI

20 Yanvar 2026 11:06

UEFA Çempionlar Liqasında əsas mərhələnin VII turu bu gün start götürür.

Milli.Az xəbər verir ki, turun ilk oyun günündə azarkeşləri 9 qarşılaşma gözləyir. Günün ən diqqətçəkən duelinin İtaliyada keçiriləcəyi bildirilir. Belə ki, "İnter" öz meydanında İngiltərənin güclü təmsilçisi "Arsenal"la üz-üzə gələcək.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, VII tur

19:30
"Kayrat" (Qazaxıstan) - "Brügge" (Belçika)

21:45
"Budyo Qlimt" (Norveç) - "Mançester Siti" (İngiltərə)

00:00
"Kopenhagen" (Danimarka) - "Napoli" (İtaliya)
"İnter" (İtaliya) - "Arsenal" (İngiltərə)
"Olimpiakos" (Yunanıstan) - "Bayer 04" (Almaniya)
"Real" (İspaniya) - "Monako" (Fransa)
"Sportinq" (Portuqaliya) - PSJ (Fransa)
"Tottenhem" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya)
"Vilyarreal" (İspaniya) - "Ayaks" (Niderland)

Qeyd edək ki, VII turda keçiriləcək bu qarşılaşmalar cədvəldəki vəziyyətə ciddi təsir göstərə və pley-off mərhələsinə vəsiqə uğrunda mübarizəni daha da gərginləşdirə bilər.

Hüseyn
Milli.Az