Xanımı maşını park edə bilmədi, kömək əvəzinə, eyvandan ÇƏKDİ - VİDEO

20 Yanvar 2026 11:34

Sosial şəbəkələrdə yayılan video müzakirələrə səbəb olub. Belə ki, bir kişi evlərinin qarşısında avtomobili park etməkdə çətinlik çəkən həyat yoldaşını balkondan mobil telefonla lentə alaraq paylaşım edib.

Milli.Az xəbər verir ki, görüntülərdə qadının maşını park etməyə çalışdığı, bu zaman isə ərinin ona kömək etmək əvəzinə prosesi videoya çəkdiyi görünür. Tıxac yarandığı və sürücülərin qadına qarşı aqressiyasının yer aldığı sözügedən kadrlar qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb və çoxsaylı reaksiyalar doğurub.

İzləyicilərin əksəriyyəti kişinin davranışını tənqid edərək, onun bu vəziyyətdə həyat yoldaşına dəstək olmalı olduğunu bildirib. "Çəkməkdənsə kömək etsəydi daha yaxşı olardı", "Ailədə belə davranış doğru deyil" kimi rəylər paylaşımların altında tez-tez səsləndirilib.

Bəzi istifadəçilər isə hadisəni zarafat kimi qiymətləndirsə də, ümumi rəy kişinin hərəkətinin doğru olmadığı yönündə olub. Video hazırda da sosial mediada aktiv şəkildə müzakirə olunmaqdadır.

Musa
Milli.Az