Qar evin talvarını çökdürdü - Maşınlar yararsız hala düşdü - FOTOlar

20 Yanvar 2026 10:10

Qazax rayonunda yağan intensiv qar bir sıra problemlərə səbəb olub.

Milli.Az-nın məlumatına görə, gecə saatlarından başlayan güclü qar yağışı kənd sakinlərindən birinə məxsus evin talvarının uçmasına gətirib çıxarıb.

Hadisə nəticəsində talvarın altında qalan "Chevrolet Malibu" və "Chevrolet Cruze" markalı avtomobillər ciddi zərər görərək yararsız hala düşüb.

Qeyd edək ki, hazırda ərazidə qar yağışı davam edir. 

Asya
Milli.Az