"İran tərəfindən ehtimal olunan hücum baş verərsə, İsrail görünməmiş güclə cavab verəcək".
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Knessetdə çıxışı zamanı bildirib.
"Əgər İran səhvə yol verib bizə hücum edərsə, əvvəllər görülməmiş güclə hərəkət edəcəyik", - deyə o vurğulayıb.
Netanyahu əlavə edib ki, nə olursa-olsun, İran artıq əvvəlki vəziyyətinə qayıtmayacaq.
Milli.Az