"SOCAR Turkey Energy" ixracı artırmağı planlaşdırır
7 Avqust 2012 12:17
2023-cü ilədək "SOCAR Turkey Energy"nin ixracının həcmi 5 milyard dollar təşkil edəcək. Bununla yanaşı, şirkətin dövriyyəsini 20 milyard dollaradək artırmaq planlaşdırılır. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə axşamı "SOCAR Turkey Energy"nin rəhbəri, "Petkim" neft-kimya kompleksinin idarə heyətinin üzvü Kənan Yavuz bildirib.
O həmçinin qeyd edib ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Türkiyə iqtisadiyyatına investisiyaları 2018-ci ilədək 17 milyard dollara qədər artırmaq niyyətindədir.
"Bu, Azərbaycan və Türkiyə iqtisadi münasibətlərinin inkişafının çox vacib göstəricisidir", - Yavuz qeyd edib.
Milli.Az