Salyanda ağır qəza - ölən və xəsarət alan var

19 Yanvar 2026 19:27

Salyanda baş verən yol qəzasında bir nəfər ölüb.

Milli.Az-ın məlumatına görə, hadisə Salyan şəhərinin ərazisində qeydə alınıb.

"KamAZ" markalı yük avtomobili ilə "Hyundai" markalı avtomobil toqquşub. Avtomobildə olan Salyan şəhər sakini, 1963-cü il təvəllüdlü Aydın Axundov ölüb, bir nəfər isə xəsarət alaraq Salyan rayon xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az