Kabildə güclü partlayış - Ölənlər var - VİDEO

19 Yanvar 2026 18:23

Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış baş verib.

Milli.Az xəbər verir ki, hadisə nəticəsində bir neçə nəfər həlak olub.

Məlumata görə, partlayış şəhərin mərkəzi sayılan Şəhr-ə-Nau rayonunda baş verib.

Bir neçə nəfərin yaralandığı və öldüyü bildirilir.

Qeyd edək ki, Şəhr-ə-Nau rayonunda çoxlu sayda xarici vətəndaş yaşayır və Kabilin ən təhlükəsiz bölgələrindən biri hesab olunur.

Milli.Az