Vinisius Junior "Real Madrid" klubundakı gələcəyi ilə bağlı qərar verib.
Milli.Az xəbər verir ki, 25 yaşlı cinah hücumçusu mövsümün sonunda klubdan ayrılmağı düşünür.
Braziliyalı ulduz futbolçunun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir. Müqaviləsinin bitməsinə 18 aydan az vaxt qaldığı üçün klubla nümayəndələri arasında yeni müqavilə ilə bağlı danışıqların bərpa olunması gözlənilirdi. Lakin azarkeş dəstəyinin zəifləməsi Vinisiusu yayda komandadan ayrılmaq fikrinə daha açıq edə bilər.
Səudiyyə Ərəbistanı klublarının braziliyalı ulduzla maraqlandığı çoxdan məlumdur və Premyer Liqadan da güclü namizədlər var. İddia olunur ki, son 12-18 ay ərzində "Mançester Siti" və "Çelsi" Vinisiusla yaxından maraqlanıb.
Qeyd edək ki, o, bu mövsüm "Real Madrid"in heyətində 29 oyunda altı qol vurub, səkkiz məhsuldar ötürmə edib.
Fidan
Milli.Az