“BYD Motors Baku” borca düşdü

19 Yanvar 2026 16:31

Elektrik mühərrikli və plug-in hybrid avtomobillərin satışı və icarəsi ilə məşğul olan "BYD Motors Baku" dövlət qarşısında borca düşüb.

Milli.Az xəbər verir ki, bu barədə İqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestrindən məlumat əldə edib.

Məlumata görə, "BYD Motors Baku"nun Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 12 159.95 manat borcu yaranıb.

Qeyd edək ki, "BYD Motors Baku" MMC 2024-cü ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Məlikov Anar Əli oğludur. Hüquqi ünvanı Səbail rayonu, Badamdar ŞTQ, Massiv 2 (Badamdar qəs.), ev.sahə 157-də yerləşir. Onunla eyni ünvanda A.Məlikovun qardaşı Mahir Məlikova məxsus "BYD Motors Azerbaijan" MMC də fəaliyyət göstərir.

A.Məlikov həmçinin Nizami rayonu, Köndələn eninə 8-ci, ev 2 ünvanında yerləşən "BYD Motors"un da qanuni təmsilçidir.

Milli.Az