Prokurorluq əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib - FOTO

19 Yanvar 2026 15:49

Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəhbərliyi və kollektivi 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

Milli.Az xəbər verir ki, Prokurorluq əməkdaşları şəhidlərimizin məzarları üzərinə gül dəstələri qoyub, ölkəmizin azadlığı uğrunda həlak olanların xatirəsini hörmət və ehtiramla yad edib.

Milli.Az