"Səhnədə müqavimətimi itirirdim, Türkiyəyə həkimə getdim..."

19 Yanvar 2026 16:37

Əməkdar artist Könül Kərimova səhhəti ilə bağlı açıqlamalar edib.

Milli.az xəbər verir ki, müğənni bu barədə "Söhbət var" proqramında danışıb.

Müğənni artıq çəkinin onun səhhətində yaratdığı problemlərdən söz açıb:

"3 pilləkəni qalxa bilmirdim. Kimsə qolumdan tutmasa yeriyə bilmirdim. Əvvəl çox arıq olmuşam. Sonra kökəlmişəm. Arıqlamaq üçün Türkiyəyə getmişdim. Həkim dedi ki, arıqlamalısan. Dedim ki, səhnədə müqavimətimi itirirdim. Sağlam arıqlayıram. Səsim də açılıb. Şirniyyat yemirəm, heç əvvəldən sevmirdim.Amma xəmir, dadlı, yağlı yeməklər sevirəm".

Milli.Az