Son vaxtlar Azərbaycanda uşaqlar arasında psixoloji nitq geriləməsi, autizm önü və autizm xəstəliyi geniş yayılıb. Xəstəlik uşağın 2-3 yaşlarında özünü büruzə verir və daha sonra yaş artdıqca kəskinləşir. Əlbəttə, belə xəstəliklərin çoxalması ilə Azərbaycanda bu sahədə fəaliyyət göstərən reabilitasiya mərkəzləri də artıb. Bununla belə, yüksək nəticələr bəxş edən mərkəzlərlə yanaşı işbazlar da mövcuddur. Qeyri-ixtisas sahibi olan şəxslərin bu sahə ilə məşğul olması, mərkəzlər açması ciddi problemlərə gətirib çıxarır.
Milli.Az xəbər verir ki, bununla bağlı Manset.az-a açıqlama verən tanınmış jurnalist Əli Vəliyev valideynlərə səslənib. O, hazırda Azərbaycanda bu sahədə çox az sayda mütəxəssisin olduğunu bildirib.
"Deyə bilərəm ki, bu sahədə ən yaxşı mərkəzlərdən biri Esmira Qafarovanın rəhbərlik etdiyi "Qüsursuz Nitq" mərkəzidir. Esmira Qafarovanın bilavasitə bu sahə ilə bağlı mütəxəssis olması rəhbərlik etdiyi mərkəzin çox yüksək nəticələr verməsinə səbəb olur. Bunun ən bariz nümunəsi heç bir mübaliğəsiz öz övladımda gördüyüm nəticələrdir. Esmira Qafarovanın bu sahədə önəmli mütəxəssislərdən biri olması onun mərkəzə topladığı mütəxəssislərin də peşəkarlardan ibarət olduğunu göstərir".
Bununla belə saxta mərkəzlərin, işbazların da olduğunu qeyd edən Əli Vəliyev valideynlərə çağırış edib.
Həmin videonu təqdim edirik:
Milli.Az