Qazi virusdan öldü - FOTO

19 Yanvar 2026 14:46

Yanvarın 19-da Bakının Suraxanı rayonu, Yeni Suraxanı qəsəbə sakini, Vətən müharibəsinin qazisi Əsgər Qüdrət oğlu Hüseynov vəfat edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Əsgər Hüseynovun ölümünə səbəb virus infeksiyası olub.

Məlumatda bildirilib ki, dünən ikitərəfli pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilən qazi yanvarın 19-da səhər saat 10:00-da həyatını itirib.

Mərhum bu gün saat 15:00-da Yeni Suraxanı qəbiristanlığında torpağa tapşırılacaq.

Milli.Az