Wolt, xidmət dəyişikliyini və onun klassik yemək çatdırılmasından kənara çıxaraq inkişafını əks etdirən ən böyük tətbiq yeniləməsinin istifadəyə verildiyini elan edib. Bu yeniləmə şirkətin qlobal strategiyasının bir hissəsidir və müxtəlif məhsul və xidmət kateqoriyalarını vahid rəqəmsal məkanda birləşdirən lokal kommersiya platformasının formalaşdırılmasına yönəlib.
Azərbaycanda yenilənmiş Wolt tətbiqi restoranları, ərzaq mağazalarını, aptekləri, gözəllik məhsullarını və pərakəndə satış mağazalarını bir platformada birləşdirərək xidməti gündəlik şəhər ehtiyaclarının həlli üçün alətə çevirir. Beləliklə, Wolt əsasən restoranlardan çatdırılmaya fokuslanan modeldən tədricən lokal alış-veriş və xidmətlər ekosisteminə doğru keçid edir.
Yeniləmənin əsas dəyişikliklərindən biri axtarış və naviqasiya məntiqinin yenilənməsi olub. Artıq istifadəçi yolu konkret bir müəssisənin seçilməsindən deyil, lazım olan məhsul və ya kateqoriya üzrə axtarışdan başlayır. Bu isə yemək, ərzaq, məişət malları, kosmetika və ya elektronika olsun, uyğun təklifləri daha sürətli tapmağa və onları vahid interfeys daxilində müqayisə etməyə imkan yaradır.
Yeniləmənin əsasını bütün yaxınlıqdakı restoran və mağazalara giriş nöqtəsi rolunu oynayan vahid axtarış mərkəzi təşkil edir. Tətbiqdə axtarış istifadəçi niyyətləri nəzərə alınaraq yenidən qurulub: sistem sorğunu təhlil edir və müxtəlif kateqoriya və satıcılardan olan nəticələri qruplaşdırılmış şəkildə təqdim edir. İlk dəfə olaraq istifadəçilər ayrıca müəssisələrin səhifələrinə keçmədən, konkret məhsul və yeməkləri birbaşa axtarış mərhələsində görə bilirlər.
Assortimentə baxış məntiqi də dəyişib. İndi istifadəçilər seçimi konkret məhsuldan başlayaraq müxtəlif satıcıların təkliflərini müqayisə edə bilirlər ki, bu da qərarvermə prosesini asanlaşdırır və sifarişə gedən yolu qısaldır. Yeniləmələr tətbiqin vizual hissəsinə də təsir edib - interfeys daha müasir olub, naviqasiya daha sürətli, tətbiqlə qarşılıqlı əlaqə isə daha axıcı və ardıcıl hala gəlib.
Şirkət bildirir ki, bu yeniləmə Wolt-un uzunmüddətli inkişaf strategiyasını əks etdirir. Artıq bu gün sifarişlərin əhəmiyyətli bir hissəsi restoranlardan kənar kateqoriyalara aiddir və tətbiqin yeni görünüşü lokal bazarda məhsul çeşidinin və partnyor şəbəkəsinin daha da genişlənməsi üçün zəmin yaradır.
"Azərbaycanda istifadəçi vərdişlərinin necə dəyişdiyini görürük: getdikcə daha çox insan Wolt-dan təkcə yemək sifarişi üçün deyil, gündəlik alış-veriş üçün də istifadə edir. Bu yeniləmə xidməti həm istifadəçilər, həm də lokal bizneslər üçün daha rahat və məntiqli edir, onların rəqəmsal mühitdə daha görünən və əlçatan olmasına kömək edir", - deyə Wolt Azərbaycanın baş direktoru Tofiq Süleymanov bildirib.
Yenilənmiş Wolt tətbiqi artıq Azərbaycandakı istifadəçilər üçün əlçatandır.