BÜRCLƏR üçün həftənin şanslı günləri

19 Yanvar 2026 15:00

Astroloqlar bu həftə bürclər üçün şanslı hesab edilən günləri açıqlayıb.

Milli.Az xəbər verir ki, ulduzların düzülüşünə görə bəzi bürclər üçün uğur karyera və maliyyə sahəsində, digərləri üçün isə sevgi və şəxsi münasibətlərdə özünü göstərəcək.

Qoç - Çərşənbə

Yeni qərarlar, işgüzar görüşlər və təşəbbüslər üçün ən uyğun gündür.

Buğa - Cümə axşamı

Maddi məsələlərdə şanslı olacaqsınız. Gözlənilməz qazanc mümkündür.

Əkizlər - Bazar ertəsi

Ünsiyyət, danışıqlar və yeni tanışlıqlar üçün uğurlu gündür.

Xərçəng - Şənbə

Ailə və şəxsi həyatla bağlı sevindirici xəbərlər ala bilərsiniz.

Şir - Çərşənbə axşamı

Karyera yüksəlişi və rəhbərliklə münasibətlərdə müsbət dəyişikliklər gözlənilir.

Qız - Cümə

Planların reallaşması və yarımçıq işlərin tamamlanması üçün ideal gündür.

Tərəzi - Bazar

Romantik görüşlər və emosional yaxınlaşmalar üçün şanslı gündür.

Əqrəb - Çərşənbə

Riskli qərarlar üçün münasib vaxtdır, intuisiya sizi yarı yolda qoymayacaq.

Oxatan - Cümə axşamı

Səyahət, yeni layihələr və təhsil məsələlərində uğur gətirir.

Oğlaq - Bazar ertəsi

İş və maliyyə sahəsində önəmli fürsətlər qarşınıza çıxa bilər.

Dolça - Şənbə

Yaradıcılıq və dostlarla bağlı mövzularda şans sizinlə olacaq.

Balıqlar - Çərşənbə

Daxili rahatlıq və mühüm qərarlar üçün əlverişli gündür.

Astroloqlar tövsiyə edirlər ki, şanslı günlərdə fürsətləri dəyərləndirəsiniz və riskləri düzgün hesablayasınız.

Musa
Milli.Az