"Evimə cin qəbiləsi göndərdilər" - Güneydən yeni açıqlama - FOTO

19 Yanvar 2026 19:00

Xəbər verdiyimiz kimi, İstanbul Baş Prokurorluğunun apardığı narkotik araşdırması çərçivəsində müğənni Yusuf Güneyin qan və saç nümunələri götürülüb. Məhkəmə Tibbi Ekspertiza İnstitutunun hesabatına görə, müğənninin saçında kokain maddəsi aşkar edilib. Prosedurlardan sonra Güney sərbəst buraxılıb.

Milli.Az xəbər verir ki, Güney əvvəllər etdiyi astral səyahət və yadplanetlilərlə bağlı açıqlamalarına yenisini əlavə edərək bildirib:

"Mənə bir cin qəbiləsi göndərdilər. Evdə oturarkən gəlirdilər və onları fiziki olaraq görürdüm. Hətta evdəki pişiyim belə gördüklərindən dəli olurdu" .

Müğənninin bu açıqlamaları sosial mediada geniş müzakirələrə səbəb olub və izləyicilər arasında trend mövzusuna çevrilib.

İstanbul Baş Prokurorluğu hadisə ilə bağlı araşdırmalarını davam etdirir.

Fidan
Milli.Az