Makaronun yanlış üsulla və ya lazım olandan artıq bişirilməsi onun xəmir kimi həddindən artıq yumşaq qalmasına səbəb olur.
Milli.Az-ın məlumatına görə, makaronun konsistensiyası dadına da ciddi təsir göstərdiyi üçün bir qədər diri bişməsi tövsiyə olunur.
Yemək reseptlərində tez-tez rast gəlinən təbii üsullar makarnanın tam qərarında bişməsinə kömək edir:
Duzdan istifadə: Makaronu bişirdiyiniz suya kifayət qədər duz əlavə etmək yalnız dad üçün deyil. Duz suyun qaynama xüsusiyyətlərini və makaronun səthindən nişastanın ayrılmasını tarazlayır. Bu tarazlıq sayəsində makaronlar bir-birinə daha az yapışır. Bundan əlavə, duzlu suda bişən makaron sonradan sousla qarışdırıldıqda da daha diri qalır.
Zeytun yağı əlavə etmək: Makaronu süzdükdən sonra üzərinə 1-2 çay qaşığı zeytun yağı əlavə etmək təbii və təsirli üsuldur. Zeytun yağı makaronun ətrafında nazik bir qat yaradaraq səthlərin bir-birinə yapışmasının qarşısını alır. Kimyəvi qatqı olmadan sürüşkənlik təmin edir. Xüsusilə bir müddət gözləyəcək makaronlar üçün olduqca faydalıdır.
Soyuq su ilə yaxalamaq: Makaronu süzdükdən sonra qısa müddət soyuq sudan keçirmək səthdə qalan artıq nişastanı uzaqlaşdırır. Nişasta azaldıqda yapışma da nəzərəçarpacaq dərəcədə azalır. Bu üsul xüsusilə makaron salatları üçün istifadə olunur. Su burada tamamilə təbii tarazlayıcı rolunu oynayır.
Kərə yağı ilə qarışdırmaq: İsti makarona kiçik bir parça kərə yağı əlavə etmək həm yapışmanın qarşısını alır, həm də təbii ətir verir. Kərə yağı əridikcə makaronun hər tərəfinə yayılır və səthləri bir-birindən ayırır. Bu üsul xüsusilə sadə və ya sobaya qoyulacaq makaronlar üçün uyğundur. Eyni zamanda makaronun qurumasının da qarşısını alır.
Mina Mikayılova
Milli.Az