"Mecum" hərracına çıxarılan "Chevrolet Camaro" modelləri üçün tarixi qiymət rekordu qeydə alınıb.
Milli.Az xəbər verir ki, indi tarixdə ən bahalı "Camaro" artıq 1 milyon 815 min dollar dəyərindədir. Bu məbləğ anonim alıcı tərəfindən 1969-cu ilin modeli üçün hazırlanmış ilk prototip statusuna malik 57 illik kupeyə ödənilib.
Avtomobil "high-performance" maşınlar xəttinin yaradıcısı Don Yenko tərəfindən hazırlanıb.
Bu maşının əsas fərqi, o dövrdə "Chevrolet" tərəfindən "Camaro" modellərində rəsmi olaraq tətbiq edilməyən mühərriklə təchiz olunmasıdır.
Milli.Az