Balaəli: “Çin ayrıdır, "Kitay" ayrı, Şimali və Cənubi Koreya, Yaponiya "Kitay"a DAXİLDİR"

19 Yanvar 2026 14:30

Meyxanaçı Balaəli Maştağalı açıqlaması ilə gündəmə gəlib. 

Milli.Az xəbər verir ki, efirlərin birində qonaq olun söz ustası Çinlə "Kitay"ı səhv salıb:

"geyim markamı yaradacağam. Onun istehsalı Kitayda olacaq. Çin isə ayrıdır. Şimali Koreya, Cənubi Koreya, Yaponiya -  bunlar hamısı Kitaya daxildir. Xəritəyə baxın".

Onun sözləri sosial şəbəkədə müzakirələrə səbəb olub.

Musa
Milli.Az