Lənkəranda sel suları həyətlərə dolub.
Milli.Az xəbər verir ki, ötən gün axşam saatlarından başlayan intensiv, leysan xarakterli yağış rayon ərazisində subasmalara səbəb olub.
Rayonun əsasən Lənkəran-Boradigah-Masallı istiqamətindəki kəndləromdə, eləcə də yeni Ələt-Astara magistralının hər iki tərəfində subasmalar müşahidə olunur.
Hazırda rayon ərazisində leysan xarakterli yağış davam edir.
Milli.Az