Buzovnada FACİƏ - fəhlə yıxılaraq öldü

19 Yanvar 2026 12:01

Bakıda 61 yaşlı fəhlə yıxılaraq ölüb.

APA xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib. Buzovna qəsəbəsində tikintidə fəhlə işləyən qəsəbə sakini 1965-ci il təvəllüdlü Asif Babayev pilləkəndən yıxılıb.

O, xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar aparılır.

Milli.Az