Gədəbəydə qadın dəm qazından boğularaq öldü

19 Yanvar 2026 11:57

Gədəbəy rayonunda 54 yaşlı qadın dəm qazından boğularaq ölüb.

Milli.Az xəbər verir ki, hadisə yanvarın 17-də baş verib. Zəhmət kənd sakini 1972-ci il təvəllüdlü Rəxşəndə Rzayeva yaşadığı evin hamamında dəm qazından zəhərlənərək ölüb.

Araşdırma aparılır.

Milli.Az