Son zamanlarda ziyafət geyimlərinin qiymətində artım müşahidə edilir. Kirayələrin qiyməti isə 100 manatdan 1000 manata qədər dəyişir.
Bəs əhali arasında kirayə geyim götürməyə maraq var?
Milli.Az-ın apardığı araşdırmaya əsasən, xanımlar həm gigiyena, həm də ciblərinə uyğun olaraq paltar almaq və ya tikdirməyə üstünlük verirlər:
"Bilmirik o paltarları bizdən öncə kimlər geyinir. Bəlkə kiminsə dəri problemi, xəstəliyi var. Həm də 1 gün üçün sərf eləmir o qədər bahalı libas götürmək".
Dizaynerlər isə tikili geyimlərə sifarişlərin çox gəldiyini bildiriblər:
"Özəl tikiliş geyimlərdə ölçülər xanımların tam bədəninə uyğun olur, amma kirayə geyimlərdə isə ölçülər adətən standart olur. Ona görə də düzgün geyimi tapmaq xanımlar üçün müşkül məsələyə çevrilir. Kirayə paltarlar dəfələrlə istifadə olunduğu üçün onun tikilişində keyfiyyətli parça istifadə olunur. Bu tip parçalar isə bir qədər baha olduğu üçün bu geyimlərin qiymətində də özünü göstərir".
Qeyd edək ki, kirayə geyimlər istifadədən sonra deformasiyaya uğradıqda buna görə də ayrıca ödəniş tələb olunur.
Asya
Milli.Az