Müğənni İlahə İbadova "Günə Uğurla" verilişində qonaq olarkən şəxsi həyatı ilə bağlı səmimi açıqlamalar verib.
Milli.Az xəbər verir ki, xanəndə keçmiş həyat yoldaşı ilə ayrılıq səbəblərindən danışıb.
İbadova bildirib ki, boşanmada hər iki tərəfin günahı olub:
"Ayrılıqda ikimizin də günahı var idi. Nə kişi, nə də qadın evlənəndə boşanmaq niyyəti ilə ailə qurur. Təkcə qarşı tərəfi ittiham edə bilmərəm. Gənc idik, kənardan təsirlər, söz-söhbətlər münasibətlərimizə təsir edirdi".
Müğənni əlavə edib ki, qalmaqallardan uzaq olmaq üçün evliliyi bitirmək qərarına gəlib və boşanma üçün ilk müraciəti də özü edib:
"Həyata bir dəfə gəlirik, dava-dalaş mənlik deyil. Arada pərdə qalmayacaqdı deyə evliliyi bitirdim. Boşanma ərizəsini ilk mən vermişdim".
Sənətçi keçmiş həyat yoldaşı ilə münasibətlərinin normal olduğunu da vurğulayıb:
"Bəzən məclislərdə qarşılaşırıq, salamlaşırıq. Düşmən kimi ayrılmamışıq. O da sənətçidir, vaxtilə bir neçə duetimiz də olub".
İlahə İbadova hazırda onunla duet oxumağın mümkün olmadığını deyib:
"İndi mənimlə duet oxumağa onun xanımı icazə verməz. Bildiyimə görə, qısqancdır. Mən isə birlikdə oxuya bilərəm, düşmən deyilik. Mənə gözəl qız bəxş edib. Şəxsi həyatla sənəti bir-birinə qatmıram".
Qeyd edək ki, müğənninin bu açıqlamaları tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Musa
Milli.Az