Metro sabah gücləndirilmiş rejimdə çalışacaq

19 Yanvar 2026 11:09

20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Bakı Metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Milli.Az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Bildirilib ki, anım tədbirinin keçiriləcəyi "20 Yanvar", eləcə də Şəhidlər xiyabanına ən yaxın ərazilərdə yerləşən "İçərişəhər" və "Elmlər Akademiyası" stansiyalarında xüsusi nəzarət tədbirləri tətbiq olunacaq. Qatarların hərəkət qrafiki dəyişdiriləcək, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq.

Saat 12:00-da bütün metro stansiyalarında qatarların hərəkəti dayandırılacaq və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla anılacaq.

Ayxan

Milli.Az