Məşhur amerikalı rejissor öldü - FOTO

19 Yanvar 2026 09:59

Disney animasiyasının qızıl dövründə mühüm rol oynamış rejissor və hekayə rəssamı Rocer Allers 76 yaşında vəfat edib.

Milli.Az xəbər verir ki, "Aslan Kral", "Ələddin" və "Gözəl və Bədheybət" kimi Disney klassiklərinin yaradıcı komandasında yer alan Allers 1980-ci illərin sonu və 1990-cı illərdə studiyanın animasiya intibahına böyük töhfə verən əsas simalardan biri hesab olunurdu.

Allersin vəfat xəbərini uzun illər "Walt Disney" şirkətində onunla birlikdə çalışmış animasiya prodüseri Deyv Bossert açıqlayıb. 

Rejissorun ölüm səbəbi açıqlanmayıb.

Fidan
Milli.Az