Günəşdə ilin ilk güclü partlayışı baş verdi

19 Yanvar 2026 10:03

Bazar günü axşam saatlarında Günəşdə ən yüksək sinifli - "X" səviyyəli partlayış qeydə alınıb.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası və Günəş Yer Fizikası İnstitutu məlumat yayıb.

Məlumata görə, bu, Günəşdə ilin əvvəlindən bəri ən güclü partlayışdır.

Qeyd edək ki, Günəş partlayışları rentgen şüalanmasının intensivliyinə görə beş sinfə bölünür: A, B, C, M və X.

Milli.Az