Meyxanaçı-müğənni Samirə Yusifqızı "Öz aramızda" verilişinin qonağı olub.
Milli.Az xəbər verir ki, sənətçi efirə xeyli arıqlamış halda çıxaraq izləyicilərin diqqətini cəlb edib.
Samirə Yusifqızı açıqlamasında sağlam həyat tərzi sayəsində 25 kiloqram çəki itirdiyini bildirib. Onun sözlərinə görə, bu dəyişiklik qısa müddətli deyil, planlı və sağlam şəkildə baş verib.
Veriliş zamanı müğənni həmçinin bu il sənət fəaliyyətində yubileyə hazırlaşdığını da qeyd edib. Yeni görünüşü və açıqlamaları Samirə Yusifqızının sosial şəbəkələrdə də müzakirə mövzusuna çevrilib.
Musa
Milli.Az