Gəncədə sərnişin avtobusu ilə yük maşını toqquşdu - xəsarət alan var

18 Yanvar 2026 19:54

Gəncədə sərnişin avtobusu ilə yük maşını toqquşub, xəsarət alan var.

Milli.Az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

"BakuBus"-a məxsus sərnişin avtobusu ilə "Kamaz" markalı yük maşını toqquşub.

Qəza zamanı sərnişin avtobusunun sürücüsü 1992-ci il təvəllüdlü V.Verdiyev xəsarət alıb, xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır. (APA)

Milli.Az