Almaniya hərbçiləri Qrenlandiyadakı missiyasının başa çatdığını açıqladı

18 Yanvar 2026 19:12

Almaniya Silahlı Qüvvələri (Bundesver) Qrenlandiyadakı missiyasının başa çatdığını açıqlayıb.

Milli.Az-ın xəbərinə görə, Almaniya Silahlı Qüvvələrinin Qrenlandiya missiyası üzrə nümayəndəsi, podpolkovnik Peter Milevçuk "Funke" media qrupuna müsahibəsində bildirib ki, ilkin vəzifələrini - təlimlərin keçirilməsi və hazırlıq təşəbbüsü çərçivəsində vəziyyəti öyrənmək tapşırığını yerinə yetiriblər.

Peter Milevçuk Nuuk hava limanında jurnalistlərə açıqlamasında danimarkalı həmkarları ilə əməkdaşlığı "çox müsbət və konstruktiv" adlandırıb: "Artıq qeyd etdiyim kimi, biz ilkin mərhələdə buradakı vəziyyəti araşdırdıq və ümumilikdə tapşırığı yerinə yetirdik. İndi isə əldə olunan nəticələrlə evə qayıdırıq".

Milli.Az