2 minlik siqareti belə oğurladı - ANBAAN VİDEO

18 Yanvar 2026 18:29

Samux rayonu Lək kəndində yerləşən mağazaların birində 2000 manat dəyərində tütün məmulatı oğurlanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 38 yaşlı Elşad Məmmədov saxlanılıb.

Onun marketdən oğurluq etməsi anbaan kameralar vasitəsilə də lentə alınıb.

E.Məmmədovdan narkotik vasitə olan marixuana da aşkarlanıb.

Araşdırma davam etdirilir.

Milli.Az