"Barselona"nın ulduzu zədələndi

18 Yanvar 2026 18:22

İspaniyanın "Barselona" klubunun braziliyalı futbolçusu Rafinya zədələnib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

30 yaşlı futbolçu bu həftə aldığı zədə səbəbindən XX turda səfərdə üz-üzə gələcəkləri "Real Sosyedad"la matçda meydana çıxmayacaq. Futbolçunun sağalma müddəti barədə məlumat verilməyib.

Qeyd edək ki, "Barselona" hazırda La Liqanın turnir cədvəlində 49 xalla ilk pillədə yer alıb.

Milli.Az