Ramil Şeydayev “Qarabağ”dan gedir

18 Yanvar 2026 14:03

Cari mövsümün əvvəlində "Neftçi"dən "Qarabağ"a keçən Ramil Şeydayev bu qış fasiləsində yenidən komandasını dəyişə bilər.

Milli.Az xəbər verir ki, adıçəkilən hücumçunun "Zirə"yə icarəyə göndərilməsi gündəmdədir.

Belə ki, Rəşad Sadıqov onu 6 aylıq icarəyə götürmək niyyətindədir.

"Zirə" onun mövsüm ərzində üçüncü komandası olsa belə, hüquqi cəhətdən qeydiyyata alınmasında heç bir problem yoxdur. /Sportinfo.az

Milli.Az