Mourinyodan "Real"a baş məşqçi təyin olunacağı barədə xəbərlərə REAKSİYA

18 Yanvar 2026 19:00

"Benfika" futbol klubunun baş məşqçisi Joze Mourinyo "Real Madrid"ə rəhbərlik edə biləcəyi ilə bağlı yayılan xəbərləri şərh edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, daha əvvəl Madrid klubunun prezidenti Florentino Peresin portuqaliyalı mütəxəssisin geri qayıtmasında maraqlı olduğu bildirilirdi.

"Real Madrid"ə qayıtmaq? Məni öz "seriallar"ınıza daxil etrməyin", - deyə Mourinyo bildirib.

Xatırladaq ki, Mourinyo 2010-2013-cü illərdə "Real Madrid"i çalışdırıb. Onun rəhbərliyi altında "Kral klubu" La Liqa, İspaniya Kuboku və İspaniya Superkubokunu qazanıb.

Milli.Az