Murat 2-ci dəfə EVLƏNİR

18 Yanvar 2026 23:51

Aktrisa Özgü Kaya və müğənni Murad Dalkılıçın bir müddətdir davam edən münasibətləri ciddi mərhələyə qədəm qoyub. Şou-biznes aləmində gəzən iddialara görə, artıq evlilik hazırlıqlarına başlayan cütlük yay aylarında nikah masasına oturmağı planlaşdırır.

Milli.Az xəbər verir ki, təxminən bir ildir birlikdə olan Murad Dalkılıç və Özgü Kaya 2026-cı ili ailələri ilə birlikdə qarşılayıblar. Münasibətlərindəki ən ciddi addım məhz yeni il şam yeməyində atılıb. Özgü Kayanın ana və atası ilə Murad Dalkılıçın atasının ilk dəfə bir araya gəldiyi bu özəl gecədə səmimi anlar yaşanıb. Dalkılıçın gitara çaldığı, Kayanın atasının isə ona müşayiət etdiyi kadrlar sosial mediada böyük maraqla qarşılanıb.

Yayılan xəbərlərə görə, cütlük yayda evlənmək qərarına gəlib. Toy məkanı kimi Murad Dalkılıçın Kuşadasındakı oteli göstərilir. Mərasimin Ege dənizinin isti və səmimi atmosferində baş tutacağı deyilir.

Bu yaxınlarda Praqa tətilindən sevgi dolu fotolar paylaşan ikili, xoşbəxtliklərini izləyiciləri ilə bölüşüblər.

Lalə Qüdrətova
Milli.Az