Mbappe Fransa futbolu tarixində 2-ci oyunçu oldu

18 Yanvar 2026 15:34

İspaniyanın "Real" klubunun hücumçusu Kilian Mbappe Fransa futbolu tarixində ən çox qol vuran ikinci oyunçu olub.

Milli.Az xəbər verir ki, İspaniya çempionatının XX turunda "Levante" ilə matçda (2:0) vurulan qol 27 yaşlı hücumçunun peşəkar karyerasında 412-ci olub.

Bu nailiyyət sayəsində Mbappe 411 qolla çıxışlarını başa vuran Tyeri Anrini qabaqlayıb.

Reytinqə əvvəlki kimi Kərim Benzema başçılıq edir. Hazırda "Əl-İttihad"da oynayan Fransa millisinin keçmiş kapitanı həm klubunda, həm də yığmada 513 qol vurub. /"Report"

Milli.Az