Yarış zamanı siqaret çəkən 2 idmançı oyundan qovuldu

18 Yanvar 2026 13:26

Syamen Marafonunun təşkilatçıları yarış zamanı siqaret çəkdiyinə görə iki idmançını oyundan kənarlaşdırıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yarış komitəsi qayda pozanların nəticələrini ləğv edib və onlara növbəti iki il ərzində marafonlarda iştirak etmək qadağan olunub.

Syamen Marafonu Çində ən böyük yarışlardan biridir. "World Athletics" onu platin səviyyəli yarış kimi təsnif edir ki, bu da iştirakçılar üçün ən sərt tələbləri nəzərdə tutur.

Milli.Az