Bu yol Trampın adını daşıyacaq

18 Yanvar 2026 10:38

ABŞ Prezidenti Donald Tramp Floridadakı evindən Palm Biçdəki Mar-a-Laqo malikanəsinə gedən 6 kilometrlik yolun "Prezident Donald Tramp Bulvarı" adlandırılması mərasiminə qatılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Tramp mərasimdə yerli rəsmilərə göstərdikləri sədaqət üçün təşəkkür edib və bildirib: "Bu, çox vacib bir mərhələdir."

O əlavə edib: "İnsanlar Donald Tramp Bulvarı lövhəsinin gecələr gözəl işıqlandırıldığını görəndə qürur duyacaqlar. Sadəcə qürur. Mənimlə yox, ölkəmiz ilə qürur duyacaqlar".

Milli.Az