Almaniya Bundesliqasının 18-ci turunda "Leypsiq" lider "Bavariya"nı qəbul edib.
Milli.Az xəbər verir ki, qonaqlar meydan sahiblərini darmadağın ediblər.
Oyunda hesabı "Leypsiq" açsa da, Münhen təmsilçisi 5 ardıcıl qolla qarşılaşmanın taleyini həll edib - 1:5.
Hazırda Almaniya Bundesliqasında 18 oyundan sonra "Bavariya" 50 xalla zirvədədir. Bir oyun az keçirən "Leypsiq" isə 32 xala sahibdir və dördüncü pillədə qərar tutub.
Milli.Az