“ÇatGPT”də yenilik

17 Yanvar 2026 23:50

"ÇatGPT" çatbotunun və "Go" modelinin pulsuz versiyasında reklamlar olacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "OpenAI" veb saytında məlumat yayıb.

Məlumata görə, reklam inteqrasiyalarının sınaqdan keçirilməsinə yaxın həftələrdə başlanacaq. Reklamlar "çatbot" cavablarına təsir göstərməyəcək və həmişə aydın şəkildə etiketlənəcək.

Bildirilib ki, istifadəçilərin "ÇatGPT" söhbətlərini və ya məlumatlarını reklamçılara satmayacağına söz verir. Bundan əlavə, istifadəçilər istənilən vaxt fərdiləşdirməni deaktiv edə və reklam üçün istifadə olunan məlumatları təmizləyə bilərlər.

Milli.Az